Dr. Nailə Mustafayeva Nevroloq & EMQ mütəxəssisi

uzun illərdir ki, hər növ nevroloji xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olmaqdadır.

Elektroneyromioqrafiya (EMQ) nədir?

Elektroneyromioqrafiya -elektro-(elektrik), neyro-(sinir), mio -(əzələ) və qrafi-(yazı) sözlərinin birləşməsi olub sinir və əzələlərin funksional vəziyyətini dəyərləndirən bir müayinə metodudur.

EMQ müayinəsindən öncə nələri bilməliyik?

EMQ müayinəsi uzun zaman tələb edən, həssas bir müayinə olduğuna görə təcili bir durum olmadıqda (məs.Qiyen Barre polineyropatiyasına şübhə), xəstə və həkim üçün uyğun bir zamana görüş təyin olunur.

Elektroneyromioqrafiyaya hansı şikayətlər olduqda müraciət olunur?

əl və ayaqlarda uyuşmalar, ağrı, yanma hissi qollarda və ayaqlarda gücün azalması, əzələlərdə ərimə və səyirmələr, əzələ ağrıları,

EMQ müayinəsinə hansı şikayətlər olduqda müraciət olunur?

Radikulopatiyalar (boyun və bel yırtığı kimi onurğa beynindən çıxan, sinir köklərinin zədələnməsinə səbəb olan xəstəliklər); Polineyropatiyalar ( irsi, şəkərli diabet, B12 əskikliyi, böyrək yetməzliyi, zəhərlənməyə bağlı və s.);

Müalicə etdiyimiz nevroloji xəstəliklər

Nevroloji xəstəliklərin müalicəsi orqanizmdə yaranmış digər xəstəliklərə də müsbət təsir edir.

Parkinson

Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Alzheimer

Alzheimer, beyin hüceyrələrinin məhvinə səbəb olan mütərəqqi nevroloji xəstəlik olan ümumi demansiya növüdür.

Baş ağrıları

Miqren adətən başın bir tərəfində güclü zonquldayıcı ağrı ya da zonquldamaq hissi yarada bilən bir başağrısıdır.

Panik atak

Panik atak çox vaxt xəbərdarlıq etmədən və heç bir səbəb olmadan, narahatlıq və qorxu ilə qəflətən başlayan ağır təşviş və həyəcan halıdır.

İş saatlarımız

Sizləri daha rahat qəbul edə bilmək üçün öncədən randevu almağınızı məsləhət görürük. 

Bazar ertəsi - Cümə
Şənbə

Faydalı məqalələrimiz

Sizlər üçün faydalı və maarifləndiric olacaq məqalələrimizi buradan oxuya bilərsiniz.

Sağlam beyin, sağlam həyat!

Xəstələr fərqlidir, hər birinin fərqli problemləri, fərqli şikayətləri var. Onlar hamısı həkimə gələndə bir şey isyəyirlər: anlayış, səbr və şəfa. Şəfa Allahdandır, biz isə səbəbkarıq