Elektroneyromioqrafiya (EMQ) nədir?

Elektroneyromioqrafiya -elektro-(elektrik), neyro-(sinir), mio -(əzələ) və qrafi-(yazı) sözlərinin birləşməsi olub sinir və əzələlərin funksional vəziyyətini dəyərləndirən bir müayinə metodudur.

EMQ bizə həm hissi həm hərəki sinirlərin fəaliyyətinin qiymətləndirilməsi üçün imkan yaradır.

EMQ müayinəsi necə aparılır?

Elektroneyromioqrafiya müayinəsi iki hissədən ibarətdir:

▪️stimulyasiyaedici -sinir keçiriciliyinin ölçülməsi
▪️iynəli -əzələlərin müayinəsi

Birinci hissə:
Stimulyasiyaedici EMQ zamanı xəstənin şikayətlərinə uyğun olaraq, ilkin müayinədən sonra həkim tərəfiindən seçilmiş sinirlərə (qollarda, ayaqlarda və ya vücudun digər qismində) dəri üzərində elektrod yerləşdirilir və kiçikvoltajlı elektrik impuls verilir.

Müayinənin bu mərhələsi sinirin zədə yerinin müəyyənləşdirilməsi, zədələnmə dərəcəsi, xəstəliyin proqnozu və müalicə taktikasının seçilməsi üçün çox önəmlidir.

İkinci hissə:
Əzələlərin müayinəsi, ehtiyac olduqda diaqnozun dəqiqləşdirilməsi üçün müayinənin davamı olub həlledici rol oynayır.

İynəni öncədən planlaşdırdığımız əzələlərə batırıb əzələlərin istəmli hərəkət və sakitlik halında funksional vəziyyətini qiymətlndiririk.

Bizimlə əlaqə

Qəbula yazılmaq üçün sadəcə bu nömrəmiz ilə əlaqə saxlaya bilərsiniz.

050 772 35 07

Kateqoriyalar

Sağlam beyin, sağlam həyat!

Xəstələr fərqlidir, hər birinin fərqli problemləri, fərqli şikayətləri var. Onlar hamısı həkimə gələndə bir şey isyəyirlər: anlayış, səbr və şəfa. Şəfa Allahdandır, biz isə səbəbkarıq