Elektroneyromioqrafiyaya hansı şikayətlər olduqda müraciət olunur?

əl və ayaqlarda uyuşmalar, ağrı, yanma hissi
qollarda və ayaqlarda gücün azalması,
əzələlərdə ərimə və səyirmələr,
əzələ ağrıları,
zaman -zaman olan gücsüzlük həmlələri,
əzələlərdə günün sonuna doğru artan güc azalması, göz qapağının düşməsi,
üzdə assimetriya.

EMQ müayinəsinə göstərişlər:

Radikulopatiyalar (boyun və bel yırtığı kimi onurğa beynindən çıxan, sinir köklərinin zədələnməsinə səbəb olan xəstəliklər);

Polineyropatiyalar ( irsi, şəkərli diabet, B12 əskikliyi, böyrək yetməzliyi, zəhərlənməyə bağlı və s.);

fokal neyropatiyalar (məs.üz sinirinin iflici);

Tunnel sindromları
(karpal, kubital, tarsal );

Üz sinirinin nevropatiyası;

Miopatiyalar (əzələ liflərinin iltihabına və zədələnməsinə səbəb olan xəstəliklər);

Motor neyron xəstəliyi;

Neyromuskulyar xəstəliklər (Miasteniya qravis, botulizm, Lambert -İton);

kəsici, deşici silah yaralanmalarında hərəki və hissi pozulmalar.

EMQ (elektroneyromioqrafiya) müayinəsi.

Sağlam beyin, sağlam həyat!

Xəstələr fərqlidir, hər birinin fərqli problemləri, fərqli şikayətləri var. Onlar hamısı həkimə gələndə bir şey isyəyirlər: anlayış, səbr və şəfa. Şəfa Allahdandır, biz isə səbəbkarıq