EMQ müayinəsindən öncə nələri bilmək lazımdır?

EMQ müayinəsi uzun zaman tələb edən, həssas bir müayinə olduğuna görə təcili bir durum olmadıqda (məs. Qiyen Barre polineyropatiyasına şübhə), xəstə və həkim üçün uyğun bir zamana görüş təyin olunur.

EMQ müayinəsi təxmini 30 dəq-1 saat arasında zaman tələb edən bir müayinədir. Xəstə müayinəyə rahat çıxarıb, geyə biləcəyi geyimdə gəlməlidir. Üzük, saat, bilərzik kimi aksessuarların öncədən çıxarılması məsləhətdir.

Müayinə zamanı dərinin fərqli bölgələrinə yapışdırılan elektrodlarla kiçik voltajlı elektrik siqnalları ötürülür.Bu ağrısız, lakin xoşagəlməz bir hissdir.

Dərinin təmiz olmaması müayinənin lazımsız uzanmasına səbəb ola bilər.Buna görə də müayinədən öncə dəri təmiz olmalı, krem və losyonlardan istifadə olunmamalıdır. Xəstə daha öncə EMQ müayinəsindən və yaxud digər radioloji və laborator müayinədən keçibsə, müayinəyə gələndə özü ilə gətirməsi məsləhətdir.

İstifadə etdiyi dərmanların adını həkimə söyləməlidir(məs.əyər qandurulducu (antiaqreqant və ya antikoaqulyant) bir dərman istifadə edirsə iynəli EMQ zamanı iynə batırılan yerlərdə kiçik hematomaların əmələ gəlməsinin qarşısını almaq üçün bir dəqiqəyədək iynənin giriş yerinə basıb saxlamaq lazım gəlir. Zəruri olmadıqda belə hallarda iynəli EMQ aparılmır).

Hepatit, QİÇS kimi qan yolu ilə yoluxan bir xəstəlik varsa öncədən həkimi bilgiləndirmək lazımdır.

Müayinəyə tox gəlmək məsləhətdir.

Əl və ayaqların isti olması şərtdir. Elektroneyromioqrafiya müayinəsinə əks göstəriş demək olar ki yoxdur. Lakin bəzi hallarda zəruri olmadıqca EMQ müayinəsi aparılmır:

•epilepsiya xəstəliyi,
•limfostaz,
•dəridə yayğın irinli yaralar,
•ürəkdə kardiostimulyator (pace- marker).

Ciddi trombositopeniya zamanı iynəli EMQ əks göstərişdir.

EMQ (elektroneyromioqrafiya) müayinəsi

Sağlam beyin, sağlam həyat!

Xəstələr fərqlidir, hər birinin fərqli problemləri, fərqli şikayətləri var. Onlar hamısı həkimə gələndə bir şey istəyirlər: anlayış, səbr və şəfa. Şəfa Allahdandır, biz isə səbəbkarıq